imkanı əldən qaçırmaq

play one’s cards badly плохо сыграть / упускать случай
imkandan istifadə etməmək
imkanlı olmaq
OBASTAN VİKİ
4K görüntü imkanı
4K — Kinematoqrafiya məqsədləri üçün bazara təqdim olunan ilk 4K kamera, 2003-cü ildə bazara buraxılan Dalsa Origin-di. 4K texnologiya, Kaliforniya Universiteti, San Diego, CALIT2, Keio Universiteti, Dəniz Yüksək Lisenziya Məktəbi və 2004-cü ildə IGrid və CineGrid kimi məkanlarda müxtəlif nümayişlər gerçəkləşdirən dünyadakı Universitetlərdəki müxtəlif araşdırma qrupları tərəfindən inkişaf etdirilmişdir. Rəqəmsal film ən-boy dərəcəsi piksel görüntü imkanı dərəcəsinə görə dəyişir. Rəqəmsal filmlərdəki ilk yüksək görüntü imkanı standartlarından biri 4K'dır. Xüsusilə komputer oyunlarının inkişafında 4K standartının böyük qatqısı olmuşdur. Ultra High Definition (UHD), 3840 x 2160 piksel və yuxarı görüntü imaknına verilən addır. Bir UHD monitor, bir Full-HD monitorun dört qatı görüntü imkanı təmin edir. Şaquli görüntü imkanı piksel sayısı (3840) səbəbi ilə kinematoqrafiya 4K standartı ilə qarşılaşdırılaraq "4K" ilə sinonim işlədilir. UHD'nin 4K, 5K, 8K və 10K törəmələri PC monitorlarında işlədilməkdədir. iyul 2010'da YouTube 4K formatındakı videoların yüklənməsinə qismən olsa da icazə vermişdir.
Ultra yüksək görüntü imkanı TV
Ultra Yüksək Görüntü İmkanı TV (vəya UHDTV, Ultra HDTV) NHK Science & Technology Research Laboratories tərəfindən üzərində işlənilən bir rəqəmsal video formatıdır. HDTV'yə görə 16 qat daha yüksək görüntü imkanlı bir görüntüyə sahibtir. Geniş Dörtərəfli Yüksək Görüntü İmkanı (WQHD) (2560 × 1440) və Kvadrat Tam Yüksək Görüntü İmkanı (QFHD) (3840 × 2160) versiyaları ilə təkmilləşdirilən UHDTV, edilən qabaqcıl səviyyə çalışmalarından sonra 7680x4320 meqapiksel formatına çatmışdır. İlk mərhələ UHDTV təcrübə işi 2003-cü ildə edilmişdir. 30 dəqiqə davam edən test işlərində HD yayımın 16 qatı daha yüksək bir görüntü imkanına çatmışdır. UHDTV üçün təkmilləşdirilən ilk kamera 2,5 inç (64 mm) ölçülərində CCD texnologiyası ilə dizayn edilmişdir. İlk UHD kamera 3840 × 2048 görüntü imkanı sahibdir. Sonrasında UHD kameralarının 7680×4320 meqapikselə yüksəldilməsi ilə əlaqəli işlər uğurla nəticələndi. Hal-hazırda Vestel, Sony, Samsung, LG Electronics, Panasonic kimi firmalar UHDTV ve UHD Monitor istehsalata başlamışdır. Ultra yüksək görüntü imkanı TV olaraq tanıdılabiləcək iki cür görüntü imkanı vardır: 4K UHDTV (2160p) 3840 × 2160 (8.3 meqapiksel) görüntü imkanına sahibdir.
İnkişaf etmiş görüntü imkanı televiziyası
İnkişaf etmiş görüntü imkanlı televiziya ya da genişlədilmiş görüntü imkanı televiziya (EDTV) (ing. Enhanced-definition television) — Amerikan Elektronik İstifadəçilər Birliyi (CEA) tərəfindən təsdiq edilmiş bir rəqəmsal televiziya (DTV) format və bu formatı dəstəkləyən televiziya növüdür. ETV SDTV'dən daha çox inkişaf etmiş bir sistem olmasına baxmayaraq HDTV qədər uğurlu bir sistem deyildir. Xüsusilə dünyada VCD cihazlarının inkişafı və buna bağlı olaraq sinema filmlərinin CD mühitində daha çox yayılması sonrası seçim edilən bir texnologiya olan ETV, DVD inkişafından sonra köhnə populyarlığını itirmişdir. ETV 480p vəya 576p siqnal görüntüləmə qabiliyyətinə sahibdir. Çox vaxt 480p (NTSC) və 576p (PAL)siqnal axtarışı edən ETV'nin bəzi standartları ölkədən ölkəyə dəyişiklik göstərməktədir. Görüntüləmə texnologiyasında yaşanan texnolojik inkişaflar və buna bağlı olaraq köhnə texnologiyaların populyarlığını itirməsi sonucu ETV günümüzdə sadəcə oyun formatlarında işlədilir hala gəlmişdir.